Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılıb

Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılıb
# 13 dekabr 2014 08:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan hava Yolları” QSC (AZAL) Bakı-Nyu York-Bakı istiqamətində müntəzəm uçuşlarının sayını artırıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, artıq bu həftədən başlayaraq uçuşlar həftədə üç dəfə yerinə yetirilir.

Onun sözlərinə görə, hazırda Nyu-York şəhərinin Kennedi hava limanına reyslər hər həftə bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir. Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Nyu-Yorkda enmə isə yerli vaxtla saat 09:30-da həyata keçilir.

Əks-istiqamətdə uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir.

Reyslər uzaq məsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR