İsrail aviasiyası Qəzzanın ən hündür binalarından birini dağıdıb

İsrail aviasiyası Qəzzanın ən hündür binalarından birini dağıdıb
# 26 avqust 2014 01:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, binada onlarla mənzil, ticarət və ofis sahələri olub.

Məlumata görə, zərbələr nəticəsində ölən yoxdur – İsrail tərəfi hücumdan əvvəl sakinləri binaya zərbələrin endiriləcəyi barədə xəbərdar edib. Əhali arasında “İtaliya mərkəzi” adlandırılan bu 15 mərtəbəli bina Qəzza şəhərinin şimal-qərbində yerləşir. Yerli mətbuat hava hücumu nəticəsində azı 20 nəfərin yaralandığını qeyd edir.

Qeyd edək ki, ötən həftə İsrail ordusu Qəzzada 12 mərtəbəli yaşayış binasını, Rəfahda isə 7 mərtəbəli ticarət mərkəzini bombardman edib. İsrail tərəfi hər iki obyektin silahlılar tərəfindən istifadə edildiyini iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR