Rob O`Nil: “Ölməmişdən öncə Üsamə bin Laden həyat yoldaşının arxasında gizlənirdi”

Rob O`Nil: “Ölməmişdən öncə Üsamə bin Laden həyat yoldaşının arxasında gizlənirdi”
# 13 noyabr 2014 08:00 (UTC +04:00)

Bakı – APA. Terrorçu Üsamə bin Laden sifətinə açılan 3 atəşlə öldürülüb. Qətlə yetirilməmişdən öncə o, həyat yoldaşının arxasında gizlənirdi.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Fox News” telekanalına açıqlamasında amerikalı dəniz piyadası Rob O`Nil deyib.

Dünən sözügedən telekanalın efirində R. O`Nil haqqında sənədli film nümayiş olunub.

O`Nil dünyanın bir nömrəli terrorçusunun sifətinə 3 dəfə atəş açdığı vurğulayıb.

“Biz bin Ladenin yaşadığı evə girəndə, orada bir neçə qadın var idi. Onların hamısı sağ qaldı. Bin Ladenin bədənində isə partlayıcı qurğu var idi. Evin partlayacağı təqdirdə, biz ölməyə yaxud da yerli polis tərəfindən həbs ediləcəyimizə və həyatımızın sonunadək Pakistan həbsxanasında qalmağa hazır idik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, bin Laden 2011-ci ilin may ayında Pakistanın Abbotabad şəhərində ABŞ-ın xüsusi əməliyyatı zamanı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR