Bir ildə Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 4% azalıb

Bir ildə Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 4% azalıb
# 03 noyabr 2014 07:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Bu ilin oktyabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 78,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,1% və ya 3,4 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, sentyabr ayında dövlət büdcəsindən AİF-ə 20 mln. manat vəsait ayrılıb.

Bu ilin yanvar-sentyabr aylarında AİF 94,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Ötən 2 ayda olduğu kimi sentyabrda da fondun istiqrazı yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin oktyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 031,4 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,8 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 44 208 manat, orta müddəti 288 ay, orta faiz dərəcəsi 5,64%, aylıq ödəniş isə 294,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR