“DəmirBank” qiymətləndirilmənin şəffaflığı sahəsində mükafatlandırılıb

“DəmirBank” qiymətləndirilmənin şəffaflığı sahəsində mükafatlandırılıb
# 05 dekabr 2014 11:59 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə MicroFinance Transparency təşkilatı tərəfindən Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, MicroFinance Transparency təşkilatı Azərbaycanda Şəffaf Qiymətqoyma Təşəbbüsü (Transparent Pricing Initiative) layihəsi üzrə banklar və istehlakçılar arasında şəffaf əlaqələrin qurulmasını dəstəkləyir.

Təşkilat 2008-ci ildə ABŞ-da aztəminatlı mikro-sahibkarların rifahını yaxşılaşdırmaq və yoxsulluğun azaldılmasında mikromaliyyə şəffaflığını inkişaf etdirmək məqsədilə yaradılıb.

25 illik tarixi ilə ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR