“Bakcell” “Fantasy Football World Cup” oyununun qalibini Mançesterə göndərir - FOTO

“Bakcell” “Fantasy Football World Cup” oyununun qalibini Mançesterə göndərir - <span style="color: red;">FOTO
# 12 avqust 2014 09:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bakcell” şirkəti 12 iyun - 13 iyul tarixləri arasında keçirilən “Fantasy Football World Cup” onlayn müsabiqəsinin qalibini elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin builki məzunu, Balakən rayon sakini Alı Bayramov Böyük Britaniyanın Mançester şəhərinə iki nəfərlik səyahət bileti qazanıb. Səfər zamanı qalibin “Old Trafford” stadionunda keçiriləcək oyunlardan birinə getmək imkanı da olacaq.

“Dünya çempionatı ərzində futbol azarkeşlərinə onlayn futbol oyunu imkanı verdiyi üçün “Bakcell”ə təşəkkür edirəm. Oyunun qalibi olduğuma çox sevindim. “Old traffor”da “Mançester Yunayted”in oyununu izləməyi səbirsizliklə gözləyirəm”, - deyə A. Bayramov bildirib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün abunəçilər www.ffworldcup.bakcell.com saytında pulsuz qeydiyyatdan keçib, dünya çempionatında iştirak edən müxtəlif oyunçuları seçməklə öz fərdi komandalarını yaradıblar. Müsabiqə müddətində ən yaxşı nəticələr göstərən oyunçular “Bakcell”dən müxtəlif hədiyyələr qazanıblar.

“Bakcell” dünyanın ən böyük futbol klublarından biri olan “Mançester Yunayted”lə əməkdaşlıq çərçivəsində futbol azarkeşləri üçün müxtəlif lotereya və oyunlar və keçirməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR