Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb
# 08 avqust 2014 11:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 62,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-iyun aylarında AİF 56,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Hesabat dövründə fondun 10 mln. manat məbləğində istiqrazı yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin iyulun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 905 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,5 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 42 434 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,30%, aylıq ödəniş isə 301,7 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR