Lerikdə gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib - FOTO

Lerikdə gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 16:45 (UTC +04:00)

Lerik. Ağəddin babayev – APA. Bu gün Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

APA - nın cənub bürosunun məlumatına görə, tədbirdə çağırışçılarla yanaşı rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları və valideynlər iştirak ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, həyata keçirilən dövlət siyasəti nəticəsində respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd edib. Gənclərə uğurlar arzulayan E. Cəfərov onların ordu sıralarında Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirib.

Böyük Vətən Müharibəsi veteranı Daşdəmir Paşayev, rayon Gənlər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, valideynlər adından Aqil Nəcəfov gənclərə xeyir-dua verərək, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.

Çağırışçılar adından çıxış edən Nəzarət Şəfiyev isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyi özlərinə borc və şərəf bildiklərini, öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Ali Baş Komandanın əmri əsasında torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olduqlarını deyib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu xatırladaraq, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırıb. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən icra başçısı gənclərə uğurlar arzulayıb.

Mərasim konsert proqramı ilə davam etdirilib.

Sonda çağırışçılar Azərbaycanın Dövlət bayrağı və müqəddəs Quranın altından keçərək hərbi hissələrə yola düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR