Səməd Seyidov: “Yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqe tutmasını arzulayırıq”

Səməd Seyidov: “Yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqe tutmasını arzulayırıq”
# 25 iyun 2015 09:59 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, S. Seyidov yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqedə olmasını arzu etdiklərini söyləyib:

“Cənab Pedro Aqramuntun Azərbaycan üzrə həmməruzəçi kimi səlahiyyətləri başa çatdı. Monitorinq Komitəsi bu vəzifəyə cənab Aqustin Kondeni təyin etdi. Biz istəyərdik ki, yeni məruzəçi Azərbaycanla bağlı obyektiv mövqedə olsun. O, hələ yeni təyin edilib və hansısa addımların atılması təbii ki, Monitorinq Komitəsinin işidir. Aqustin Konde AŞPA-da fəaliyyət göstərir, elə bir yaxınlığımız yoxdur, kəskin mövqeyi ilə fərqlənir”.

A. Kondenin Azərbaycandakı vəziyyəti öyrənmək üçün yaxın gələcəkdə ölkəyə səfər etməsinin mümkünlüyünə toxunan S. Seyidov hələlik gündəlikdə belə bir məsələnin olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR