Azərbaycan Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib
# 31 iyul 2008 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) 2008-ci ilin I yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. MSN-dən «APA-Economics»ə verilən məlumata görə, nazir Yavər Camalov görülmüş işlərdən danışıb. Kollegiya iclasında, hesabat dövrünə dair nazirliyin tabeli birlik və müəssisələrinin istehsalat və maliyyə-təsərrüfat fəaliyyətləri, Dövlət Müdafiə Sifarişi Proqramının yerinə yetirilməsi vəziyyəti müzakirə edilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR