Serj Sarkisyan Köçəryanı xarici işlər nazirinin müavini təyin edib

Serj Sarkisyan Köçəryanı xarici işlər nazirinin müavini təyin edib
# 04 avqust 2008 10:12 (UTC +04:00)
İrəvan – APA. Ermənistan prezidenti Serj Sarkisyan Milli Demokrat Partiyasının lideri Şavarş Köçəryanın xarici işlər nazirinin müavini təyin olunması haqqında fərman imzalayıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, 1948-ci il təvəllüdlü Ş. Köçəryan İrəvan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-riyaziyyatçıdır, biologiya elmləri namizədidir. Birinci, ikinci və üçüncü çağırış Ermənistan parlamentinin deputatı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR