Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb

Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb
# 21 mart 2016 19:02 (UTC +04:00)

Bakı – APA. Ankarada martın 13-də törədilmiş terror aktında yaralananlardan biri xəstəxanada ölüb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydın müalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişib.

Bununla da, terror qurbanlarının sayı 36-ya çatıb.

Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR