XİN Brüsseldə törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb

XİN Brüsseldə törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb
# 22 mart 2016 14:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Brüsseldə törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilib ki, XİN Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır: “Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR