Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsini məhv edib

Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsini məhv edib
# 02 oktyabr 2015 20:23 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyada İŞİD terror qruplaşmasının komanda məntəqəsini məhv ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, gün ərzində hərbi aviasiya 14 uçuş həyata keçirərək İŞİD-in mövqelərinə 6 hava zərbəsi endirib. Belə ki, İdlib əyalətində İŞİD-in komanda məntəqəsi və terrorçulara məxsus silah-sursat istehsalı sexi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR