Prokuror polis rəisini bıçaqlayan şəxslərə cəza istəyib

Prokuror polis rəisini bıçaqlayan şəxslərə cəza istəyib
# 16 fevral 2016 14:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə qarşı cinayət törətməkdə təqsirləndirilən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Ələkbər Qəhrəmanovun 11 il, Ceyhun Niftəliyevin 8 il, Anar Əliyevin və Nurlan Həsənovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, polis rəisi Anar Şıxəliyev məhkəmə istintaqı dövründə verdiyi ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxsləri tanımır: “Dostum Ələddinin “Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar, bir nəfər mənə bıçaqla 3 dəfə vurdu. Sonra hadisə yerindən qaçdılar”.

O, heç bir şikayətinin olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR