Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Yanvar
# 27 yanvar 2016 17:10 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Çinin iqtisadi göstəricilərinin gözləntilərin altında olması dünya bazarında neftin qiymətinə təsir göstərən əsas faktorlardan biridir. Bu təsir daha çox psixoloji xarakter daşıyır, analitiklər Çin iqtisadiyyatının daralma tempini nəzərə alaraq ölkənin əvvəlkindən daha as neft alacağını təxmin edirlər. Dünyanın ən böyük ikinci neft alıcısının işləri yolunda getmirsə, deməli, bazarda neft daha az satılacaq - birjalar Çin iqtisadiyyatının durumuna bu şəkildə reaksiya verir və neftin qiyməti avtomatik olaraq düşür. Nəzəriyyə belədir, reallıqda isə vəziyyət başqa cürdür. Çində iqtisadi inkişaf zəifləsə belə, ölkə idxal etdiyi neftin həcmini azaltmayıb. Uzaqgörən çinlilər əksinə ucuzluqdan istifadə edərək əlavə həcmdə neft alaraq strateji ehtiyatlar formalaşdırır, necə deyərlər, qara günlərinə “qara qızıl” ehtiyatı yığırlar. Buna rəğmən Çinin iqtisadi göstəriciləri neftin qiymətinə mənfi təsir edən amil olaraq qalmaqdadır və bu təkcə, neftin qiymətlərinə deyil, Çinin qiymətli kağızlar bazarına da mənfi təsir edir. İş ki gəlib çıxdı, qiymətli kağızlar bazarının çökməsinə, burada hər kəsin yadına təbii ki, cənab Soros düşür. Dünyanın bir nömrəli birja oyunçusu milyardlarla vəsaiti məhz qiymətləri süni şəkildə endirib-qaldırmaqla qazandığını söyləmək artıqdır. Rəsmi Pekin də hesab edir ki, yuana qarşı xarici təsirləri Corc Soros formalaşdırır, bununla Çinin iqtisadi indekslərini təzyiq altında saxlayır və ənənəvi üsulla pul qazanır. Haqlıdırlarmı? Birmənalı cavablandırmaq çətindir, amma yəqin ki, haqlı olmamış da deyillər.

Vüqar MƏSİMOĞLU
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR