Milli Məclisin növbədənkənar iclasının gündəliyinə yeddi məsələ daxil edilib - YENİLƏNİB

Milli Məclisin növbədənkənar iclasının gündəliyinə yeddi məsələ daxil edilib - <span style="color: red;">YENİLƏNİB
# 18 yanvar 2016 15:07 (UTC +04:00)



Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə əlavə məsələlər daxil edilib.

Parlamentdən APA-ya verilən məlumata görə, bunlar “Satınalmalar haqqında” və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər layihəsidir.

Bununla parlamentin xüsusi iclasının gündəliyinə salınan məsələlər 5-dən 7-ə qalxıb.

***

saat 17.41

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə beş məsələ daxildir.

Parlamentdən APA-ya verilən məlumata görə, bunlar Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər layihəsidir.

Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR