Evində çətənə kolları yetişdirən Şirvan sakini saxlanılıb

Evində çətənə kolları yetişdirən Şirvan sakini saxlanılıb
# 07 iyun 2016 15:57 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Evində narkotik tərkibli çətənə kolları yetişdirən Şirvan sakini polis tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Qambayev Anar Yavər oğlu yaşadığı 11 May küçəsi 6, mənzil 45 ünvanında yerləşən mənzilin (fərdi yaşayış tipli) eyvanında çətənə kolları becərdiyi üçün polis tərəfindən saxlanılıb. Belə ki, adı çəkilən şəxs 26 dibçəkdə olmaqla, 30 kol narkotik tərkibli çətənə kollarını xüsusi qulluq göstərməklə aqrtexniki qaydada becərib.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR