Yəmənin paytaxtında hava zərbəsi nəticəsində 10 nəfər ölüb

Yəmənin paytaxtında hava zərbəsi nəticəsində 10 nəfər ölüb
# 14 sentyabr 2015 23:34 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 10 nəfər ölüb.

Onlardan 7-nin bir ailənin üzvü olduğu bildirilir.

Məlumata əsasən, hədəfdə paytaxtın cənubunda yerləşən hökumət binası olub.

Qeyd edək ki, BMT baş katibinin xüsusi elçisi İsmayil Uld Şeyx Əhməd Yəmən hökuməti ilə görüşmək məqsədilə Səudiyyə Ərəbistanına gedəcək. Xatırladaq ki, sentyabrın 10-da Şeyx Əhməd bəyan etmişdi ki, Yəmən hökuməti, “Ənsər Allah” (husilər) hərəkatı və sabiq prezident Əli Abdulla Salehin Ümummilli Xalq Konqresi sülh danışıqlarının aparılmasına razılıq veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR