Azərbaycanda həyat sığortası bazarı 11% böyüyüb

Azərbaycanda həyat sığortası bazarı 11% böyüyüb
# 25 yanvar 2016 12:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 116,5 mln. manatı həyat sığortasının payına düşüb.

"APA-Economics"in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, 2014-cü illə müqayisədə həyat sığortası bazarı 10,9% böyüyüb.

Həyat sığortasındakı yığımların 59,3%-i və yaxud 69 mln. manatı həyatın yaşam sığortasının, 26,3%-i və yaxud 30,7 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,1%-i və yaxud 15,3 mln. manatı həyatın ölüm halından sığortasının, 1%-i və yaxud 1,2 mln. manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və yaxud 326 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

İl ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 52,2 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 29%-ni təşkil etməklə, 2014-cü ilə nisbətən 1,8 dəfə çoxdur.

Həyat sığortasında ödənişlərin 91,7%-i və yaxud 47,9 mln. manatı həyatın yaşam sığortasının, 4,2%-i və yaxud 2,2 mln. manatı həyatın ölüm halından sığortasının, 4,1%-i və yaxud 2,1 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 14 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş edilib. 2014-cü ildə bu rəqəm 27,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR