Dağıstanda qar uçqunu olub, 55 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Dağıstanda qar uçqunu olub, 55 kəndlə nəqliyyat əlaqəsi kəsilib
# 08 yanvar 2016 22:50 (UTC +04:00)

Bakı-APA. Dağıstanda qar uçqunu olub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə Tlyaratinsk rayonunda 16 min əhalisi olan 55 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.

Dağıstan FHN-nin mətbaut xidmətinin məlumatına əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb. Bölgədə avtomobillərin hərəkəti dayandırılıb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bölgəyə xilasedicilər və xüsusi texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR