Azərbaycan günəş və külək enerjisi istehsalını kəskin artırıb

Azərbaycan günəş və külək enerjisi istehsalını kəskin artırıb
# 13 avqust 2016 09:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yeddi ay ərzində 973,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 5%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,1% azalaraq 141,6 mln. manat təşkil edib.

Bu ilin 7 ayında Azərbaycanda 12 938,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5% azdır. Bunun 11 036 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azdır.

Bunun 1 276,5 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 21,7% çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən stansiyaların enerji istehsalı 10,6 kVt/saat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 2,6 dəfə çoxdur.

Bu müddətdə ölkədə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 36,7 kVt/saat olub ki, bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 17,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR