Rusiya aviasiyası Suriyada İŞİD-in obyektlərinə 472 zərbə endirib

Rusiya aviasiyası Suriyada İŞİD-in obyektlərinə 472 zərbə endirib
# 23 noyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Son iki gündə Rusiya təyyarələri Suriyada terrorçuların obyektlərinə 472 zərbə endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, aviazərbələr əsasən Hələb, Dəməşq, İdlib, Latakiya, Hama, Hums, Rakka və Deyr-ez-Zor məntəqələrindəki mövqelərə endirilib. Konaşenkov qeyd edib ki, əməliyyatda iştirak edən təyyarələrin hamısı “Hmeymim” aviabazasına qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR