Avropa Parlamentinin sədri Tehrana səfər edib

Avropa Parlamentinin sədri Tehrana səfər edib
# 08 noyabr 2015 02:39 (UTC +04:00)

Bakı-APA. Avropa Parlamentinin sədri Martin Şults noyabrın 7-də Tehrana səfər edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində M.Şults İran prezidenti Həsən Ruhani, XİN rəhbəri Məhəmməd Cavad Zərif və parlamentin spikeri Əli Laricani ilə görüşüb.

Avropa Parlamentinin sədri Tehranda olarkən bildirib ki, nüvə proqramına dair razılaşma İranla Avropa İttifaqı arasında münasibətlərin genişləndirilməsində yeni dövrün başlanğıcıdır.

“Bütün ziddiyyətləri aradan qaldırmaq və qarşılıqlı anlaşmaya nail olmağın yeganə yolu diplomatiyadır. Bu, artıq sübut olunub. İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşma uğurlu bir diplomatiya modelidir”, deyə M.Şults bildirib.

Qeyd edək ki, bu yaxınlarda Avropa İttifaqı İran üzərindən sanksiyaların aradan qaldırılmasını mümkün edən normativ aktları dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR