Rusiyada ermənilər əleyhinə bəyanatlar verməkdə ittiham olunan azərbaycanlı məhkəmə qarşısına çıxacaq

Rusiyada ermənilər əleyhinə bəyanatlar verməkdə ittiham olunan azərbaycanlı  məhkəmə qarşısına çıxacaq
# 17 dekabr 2015 14:47 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, milliyyətcə azərbaycanlı olan Alik İbrahimov barəsində cinayət işi Rostov vilayətinin Tselina rayon məhkəməsinə göndərilib.

Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, A. İbrahimov milli zəmində ədavətin qızışdırılmasında ittiham olunur. İstintaqın versiyasına əsasən, ittiham olunan şəxs ictimai yerdə ermənilər əleyhinə ifadələr işlədib. Konkret olaraq A. İbrahimov ətrafdakı insanları milliyyətcə erməni olan vətəndaşlara qarşı zorakı addımların atılmasının vacibliyinə inandırmağa çalışıb, ermənilər haqqında aqressiv davranışın formalaşmasına səy göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR