Əfqanıstanda aviabaza yaxınlığında terror aktı törədilib, 5 hərbçi ölüb

Əfqanıstanda aviabaza yaxınlığında terror aktı törədilib, 5 hərbçi ölüb
# 21 dekabr 2015 12:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əfqanıstanda Baqram aviabazası yaxınlığında terrorçunun özünü partlatması nəticəsində 5 hərbçi ölüb, 6 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əyalət qubernatoru Abdul Şükür Kudusi bildirib ki, motosikletli terrorist aviabaza yaxınlığında ABŞ və Əfqanıstan hərbçilərindən ibarət patrula hücum edib.

Ölən və yaralananların şəxsiyyəti hələlik açıqlanmır. “Taliban” hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb. Taliblər bəyan ediblər ki, hadisə nəticəsində 19 hərbçi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR