Xəzərin Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşib

Xəzərin Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşib
# 26 fevral 2016 11:13 (UTC +04:00)

Bakı - APA. Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

SOCAR-dan APA-ya verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR