Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək

Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək
# 04 mart 2016 09:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda Hindistan mədəniyyətinin özünəməxsus xüsusiyyətlərini əks etdirən sərgi keçiriləcək.

Hindistanın Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, Azərbaycan iş adamlarının marağını cəlb etməkdir.

Sərginin açılış mərasimində Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iştirak edəcək. Sərgi martın 27-dək davam edəcək.

Hind mədəniyyəti ilə yaxından tanış olmaq, bütün dünyada məhşur hind rəqslərini izləmək istəyənlər sərgiyə baş çəkə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR