Avropa Liqası: “Lokomotiv” – “Fənərbaxça” - 1:1

Avropa Liqası: “Lokomotiv”  – “Fənərbaxça” - 1:1
# 25 fevral 2016 18:56 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçirilir. Moskvada “Fənərbaxça” “Lokomotiv”in qonağı olub. Moskvaya İstanbulda əldə etdiyi 2:0 hesablı qələbə üstünlüyü ilə yollanan “Fənərbaxça” səfərdə heç-heçə oynayıb – 1:1. Beləliklə, iki görüşün nəticələrinə əsasən, “Lokomotiv” turnirdə oyununu dayandırıb. “Fənərbaxça”nın növbəti raunddakı rəqibi yaxın vaxtda keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.

Avropa Liqası

1/16 final, cavab görüşləri

25 fevral

“Lokomotiv” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) - 1:1

Qol: Səmədov, 45 - Mehmet Topal, 83

İlk oyun - 0:2

Baş hakim: İvan Krujlyak (Slovakiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR