Bakı - APA. Azərbaycanın dövlət başçısı İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Çoummali Sayasoneyə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə laoslu həmkarına və laos xalqına təbriklərini çatdırıb.