Latviyanın agentlik rəhbəri: "Turizm əlaqələri inkişaf etsə, Bakıdan Riqaya birbaşa reyslər daimi olacaq"

Latviyanın agentlik rəhbəri: "Turizm əlaqələri inkişaf etsə, Bakıdan Riqaya birbaşa reyslər daimi olacaq"
# 20 noyabr 2015 19:40 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Andris Ozols deyib. Onun sözlərinə görə, "AirBaltic" şirkəti may-oktyabr aylarında həftədə iki dəfə Bakıya birbaşa reyslər təşkil edir. Lakin oktyabrın ortalarında birbaşa reyslər dayandırılır: "Kiçik şəxsi təyyarələrlə heç kim kommersiya uçuşları həyata keçirmir. Böyük "Boeing"lərin isə 10 sərnişinlə uçması iqtisadi cəhətdən əlverişli deyil".

"Düşünürəm ki, biz Azərbaycanla təkcə biznes əlaqələrini yox, həm də turzim əlaqələrini inkişaf etdirsək, reyslərin daimi olması ehtimalı da yükcələcək", - Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru əlavə edib.

Qeyd edək ki, Bakı və Riqa arasında birbaşa təyyarə əlaqəsi hər il mayın ortalarında başlayır və oktyabrın ortalarınadək davam edir. İlin qalan vaxtlarında Bakıdan Riqaya və ya Riqadan Bakıya səfər edənlər tranzit reyslərdən (Moskva, Kiyev və ya İstanbul) istifadə etməli olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR