Moskvada Azərbaycanın qış turizminin imkanları təqdim edilib

Moskvada Azərbaycanın qış turizminin imkanları təqdim edilib
# 25 fevral 2016 16:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Moskvada "Parlamentskaya" qəzetinin təşkilatçılığı ilə “Rusiya və MDB ölkələrində qış turizmi; inkişafın perspektivləri” adlı dəyirmi masa keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədr müavini Nikolay Korolyov, Rusiya İctimai Palatasının üzvü Sergey Markov, Rusiya Dumasının üzvü Olqa Kazakova, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları iştirak ediblər.

P. Bülbüloğlu bildirib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi turizm sahəsində ildən-ilə əməkdaşlıq inkişaf edir və rusiyalı turistlərin sayı hər il artır. 2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan edilməsindən bəhs edən səfir dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, qış turizminə qoyulan dövlət investisiyasından söhbət açıb.

V. Şixəmmədov isə Azərbaycanda turizmin son illərdəki yüksəliş dinamikası haqqında məlumat verib və son 5 ildə qış turizminin yeni turizm məhsulu kimi yaradılması və inkişaf etdirildiyini qeyd edib. O əlavə edib ki, Rusiyadan Azərbaycana gələn turistlər ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu təşkil edir. Nazirlik rəsmisinin sözlərinə görə, “Azərbaycan Breakfast” brendi Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir və bu layihənin yaradılmasında məqsəd ölkəmizə gələn turistlərə Azərbaycan mətbəxinin özəlliklərini göstərməkdir.

Sonra Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov çıxış edərək Assosiasiyanın fəaliyyəti və Ümumdünya Turizm Təşkilatına (ÜTT) üzvlüyü haqqında məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR