Həkim səhvi nəticəsində hər iki ayağı amputasiya edilən qadın yaxın günlərdə evə buraxılacaq

Həkim səhvi nəticəsində hər iki ayağı amputasiya edilən qadın yaxın günlərdə evə buraxılacaq
# 04 iyul 2016 12:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimovun səhv amputasiya etdiyi üçün növbəti dəfə əməliyyat olunan Tərlan Məmmədova bu həftənin sonunda evə buraxılacaq.

Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya bildirib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, xəstənin ağrıları azalıb, tikişləri sökülüb və heç bir narazılığı yoxdur. Mərkəz direktoru qeyd edib ki, vəziyyət belə davam edərsə, 5-6 gün sonra xəstə evə buraxılacaq: “Hadisə ilə əlaqədar yaradılan komissiyanın, ekspertizanın rəyi hələlik məlum deyil. Rəy hazır olanda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, həkim Valeh Kərimov şəkər xəstəliyindən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın sol ayağının əvəzinə sağ ayağını amputasiya edib. Daha sonra qadının sol ayağı da kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR