Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı 43% azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı 43% azalıb
# 04 aprel 2016 08:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 245 sığorta müqaviləsi bağlanıb.


İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,9 mln. manatdan çox olub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 68,4%-i yaşayış evləri və mənzillər, 0,7%-i inzibati binalar, 31,1%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43,2% azalma, sığorta haqlarının məbləğində isə 29,7% artım müşahidə edilib.

Ümumilikdə, 2016-cı ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 15 970 sığorta müqaviləsi bağlanılıb, bu müqavilələr üzrə sığorta haqlarının məbləği 8,4 mln. manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 45,7% , sığorta haqlarının məbləğində isə 10,9% azalma müşahidə edilib.

Martda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 258, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 17 160 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 335 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR