Tbilisi aeroportu bu gündən xüsusi xidmət qrafiki üzrə fəaliyyət göstərəcək

Tbilisi aeroportu bu gündən xüsusi xidmət qrafiki üzrə fəaliyyət göstərəcək
# 01 mart 2016 08:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu cari ilin martın 1-dən iyulun 1-dək gün ərzində yerinə yetirilən aviareyslər üçün xüsusi xidmət qrafiki üzrə fəaliyyət göstərəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə aeroport administrasiyasının yaydığı məlumatda deyilir.

"Uçuş-eniş zolağının rekonstruksiyası səbəbi ilə qeyd edilən müddətdə gün ərzində reyslərin yerinə yetirilməsi dayandırılır. Əvəzində gün ərzində yerinə yetirilməli olan reyslər gecə yerinə yetiriləcək. Qrafikə əsasən, 1-27 mart ərzində 09:30-dan 15:00-dək, martın 27-dən iyulun 1-dək 10:00-dan 20:00-dək yerinə yetirilməli olan reyslər gecəyə keçirilir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, hazırda Tbilisi aeroportuna 30 şirkət aviareys yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR