Nigerdə səhrada 34 miqrantın meyiti aşkarlanıb

Nigerdə səhrada 34 miqrantın meyiti aşkarlanıb
# 16 iyun 2016 02:34 (UTC +04:00)

Bakı-APA. Nigerdə Sahara səhrasında 34 miqrantın meyiti aşkarlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 5-i kişi, 9-u qadın, 20-si isə uşaqlardır.

Məlumata görə, miqrantlar Nigerin şimalındakı Aqades şəhərinə keçməklə Sahara səhrasından Liviyaya, oradan isə Avropaya üz tutur.

Beynəlxalq miqrasiya təşkilatının hesablamalarına əsasən, ötən il Aqades şəhərindən Liviyaya 120 min nəfər keçməyə cəhd edib, onlardan 37-si səhrada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR