Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 İyun
# 03 iyun 2016 18:07 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Almaniya bundestaqının qəbul etdiyi qərar göstərdi ki, ölkənin xarici siyasi maraqlarının qorunması üçün vacib amillərdən biri diasporun aktiv fəaliyyətidir. Dövlətin bu istiqamətdə əsas fəaliyyəti kəmiyyəti keyfiyyətə çevirməkdir. Almaniya misalı göstərdi ki, bir ölkədə 6 milyona qədər türkün yaşamasının Türkiyənin maraqlarının təminatı baxımından heç bir xeyri yoxdur. Çünki bu ölkədəki türk toplumu ölkədə qərarların qəbulu, icrası, ictimai rəyin formalaşması prosesində sıfır imkana sahibdirlər. Etnik kimliyi deyil, dini kimliyi ön plana çıxararaq təşkilatlanan türk diasporu Avropada islama qarşı mənfi münasibətdən də kamını alıb. Bu gün almanların 91 faizinin Türkiyəyə etibar etməməsinin ən böyük günahkarı elə bu ölkədəki türklərdir. Demək ki, diaspora fəaliyyətinin təşkili son dərəcə dəqiqliklə hesablanmış siyasət üzrə aparılmalıdır. Azərbaycan prezidentinin Dünya Azərbaycanlılarının 4-cü qurultayında etdiyi çağırışların mahiyyətində də bu dayanır. Bu çağırışlar, verilən mesajlar nə qədər düzgün oxunulsa, diaspor təşkilatlarımızın Azərbaycanın maraqları naminə fəaliyyəti bir o qədər səmərəli olar.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR