Venesuela prezidenti: "Neft hasilatçısı olan ölkələr bazarın stabilləşməsi üçün çalışmalıdır"

Venesuela prezidenti: "Neft hasilatçısı olan ölkələr bazarın stabilləşməsi üçün çalışmalıdır"
# 10 oktyabr 2016 15:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Neftin qiyməti son 40 ildə ən aşağı səviyyədədir və uzun müddətdir belə qalır".

APA-nın məlumatına görə, bu sözləri Venesuela prezidenti Nikolas Maduro İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib. O bildirib ki, qiymətlər bəzən sərf olunan maliyyədən daha aşağı olur: “Bu məsələ bütün ölkələrə təsir edir. Neft istehsal edən ölkələr OPEK üzvləri ilə razılaşma əldə etməli və neft bazarının stabilləşməsi üçün çalışmalıdır. Qiymətlər daha ədalətli, investorları cəlb edəcək səviyyədə olmalıdır. Bu gün dünyaya ən önəmli enerji resursu neftdir. Bu sahədə yeni mexanizmlərə ehtiyac var. Ümid edirik ki, 6 ay ərzində yeni mexanizm ortaya çıxacaq. Neft ehtiyatlarının qorunması böyük məsuliyyətdir. İqtisadiyyatı gücləndirmək üçün 21-ci əsrin öz tələbləri var. Enerji qaynaqlarının diversifikasiyası çox vacibdir. Enerji sahəsində çox işlərin görülməsinə ehtiyac var.”.

Venesuela prezidenti Türkiyədə baş verən dövlət çevrilişinə də toxunub: “15 iyul hadisələrində millətin demokratiyaya necə sahib çıxdığını gördüm. Venesuela da bu hadisələri yaşayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR