Elmar Məmmədyarov: “Azərbaycan Latın və Mərkəzi Amerika ölkələri ilə münasibətlərə böyük önəm verir”

Elmar Məmmədyarov: “Azərbaycan Latın və Mərkəzi Amerika ölkələri ilə münasibətlərə böyük önəm verir”
# 20 oktyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan Latın və Mərkəzi Amerika ölkələri ilə münasibətlərə böyük önəm verir”. APA-nın xəbərinə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta-Rikanın xarici işlər naziri Manuel Qonzales Sanzla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, qonaqla ilk növbədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib: “Mən nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıqların indiki durumu və qaçqın və məcburi köçkünlər barədə məlumat vermişəm. Kosta Rika inkişaf edir. Sərmayə baxımından Azərbaycan üçün maraqlı ölkədir. Turizm də inkişaf edir. Bu sahədə əməkdaşlıq müzakirə edilib. Təhsil sahəsində əməkdaşlıqla bağlı ADA Universitetində universitetlərarası əməkdaşlıq barədə saziş imzalanacaq. Bu gün xarici işlər nazirləri arasında məsləhətləşmələrə dair sənəd imzalanıb. Vizasız səfərə dair sənəd də gündəlikdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR