Avropa Komissiyasının Ekspert Missiyası Azərbaycanda səfərdə olub

Avropa Komissiyasının Ekspert Missiyası Azərbaycanda səfərdə olub
# 16 oktyabr 2015 15:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) üzrə Ekspert Missiyasının Azərbaycana səfəri təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, missiya çərçivəsində finlandiyalı ekspert Tapaninen Matti Tuomas və İspaniyalı ekspert Martinez Mingueza Maria Angeles səfər zamanı icma əsaslı yaşıl kənd turizminin inkişafına dair “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin sədri və yerli nümayəndələri, turizm şirkətlərinin icraçı direktorları, turizm şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərlə görüşlər keçirib, müzakirələr aparıblar.

Mədəniyyət və turizm nazirinin nazirinin müavini Nazim Səmədov ekspertlərlə görüşündə missiyadan nazirliyin gözləntiləri barədə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR