Almaniya xüsusi xidmət orqanları Fransa XİN rəhbərinin telefonunu dinləyib

Almaniya xüsusi xidmət orqanları Fransa XİN rəhbərinin telefonunu dinləyib
# 11 noyabr 2015 18:01 (UTC +04:00)

Bakı-APA. Parisdə növbəti “casus qalmaqalı” baş qaldırır.

APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti yazıb.

Məlumata əsasən, Almaniya xüsusi xidmət orqanları Fransa xarici işlər naziri Loran Fabius və prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin telefon danışıqlarını dinləyib.

“Əgər doğrudan da belədirsə, bu çox təəssüfedici haldır. Biz bu məsələni Almaniya nümayəndələri ilə müzakirə edəcəyik”, deyə L.Fabius bildirib.

Qeyd edək ki, bu ilin iyununda ABŞ Milli Təhlükəsizliyi Agentliyi tərəfindən 2006-2012-ci illərdə Fransa prezidentləri Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefonlarının dinlənilməsi məlum olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR