Zaqatalada məsciddən pul oğurlanıb

Zaqatalada məsciddən pul oğurlanıb
# 13 iyul 2016 11:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Zaqatalada məsciddən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidində qeydə alınıb. Məscidin nəzir qutusundan 200 manat pul oğurlanıb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR