Bu il SKMF xətti ilə sahibkarlara 117 mln. manatdan çox güzəştli kredit verilib

Bu il SKMF xətti ilə sahibkarlara 117 mln. manatdan çox güzəştli kredit verilib
# 29 sentyabr 2016 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Bakıətrafı qəsəbələrdə və regionlarda mütəmadi olaraq işgüzar forumlar təşkil edilir. Növbəti belə tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirilib. İşgüzar forumda120-dən çox sahibkar iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1 791 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 117,5 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5 600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR