Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə görüşüb

Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə görüşüb
# 16 oktyabr 2015 21:36 (UTC +04:00)

APA-nın məlumatına görə, seçicilərlə ilk görüş Şəki rayonunun Turan qəsəbəsində baş tutub.

Qəsəbənin mədəniyyət evində keçirilən görüşdə çıxış edən vəkillər son beş ildə 115 saylı seçki dairəsi ərazisində həyata keçirilmiş abadlıq və quruculuq işlərindən danışıb, qəsəbə sakinlərini 1 noyabr seçkilərində fəal iştirak etməyə və Cavanşir Feyziyevin deputatlığa namizədliyini dəstəkləməyə çağırıblar.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd seçicilərin suallarını cavablandırdıqdan sonra tədbir musiqi proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR