Rusiya Təhlükəsizlik Şurasının katibi: "Ukrayna müstəqil dövlət deyil və ABŞ tərəfindən idarə olunur"

Rusiya Təhlükəsizlik Şurasının katibi: "Ukrayna müstəqil dövlət deyil və ABŞ tərəfindən idarə olunur"
# 15 sentyabr 2015 14:05 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Ukrayna müstəqil dövlət deyil və faktiki olaraq ABŞ tərəfindən idarə olunur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Viktoriya Nulandın Kiyevə hər səfəri onu təsdiq edir ki, Ukrayna müstəqil dövlət deyil və ABŞ tərəfindən idarə olunur. Aydındır ki, Nulandın səfəri Qərb təbliğatının bizə təqdim etdiyi kimi, regional təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrlə deyil, ölkə rəhbərliyinə necə hərəkət etmələri ilə bağlı birbaşa əmrlərin verilməsi ilə əlaqədardır", - deyə N. Patruşev söyləyib. O, V. Nulandın ötən yay Kiyevi ziyarət etdiyini, prezident Pyotr Poroşenko ilə görüşdüyünü və bundan sonra Poroşenkonun gecikmədən Ali Radaya Ukrayna Konstitusiyasına düzəliş layihəsini təqdim etdiyini xatırladıb: "Layihə sənədinə Ali Radada Nulandın iştirakı ilə baxılıb. Ukrayna hakimiyyətində yüksək vəzifələrdə hər hansı bir kadr dəyişikliyi Ağ Evlə razılaşdırıldıqdan sonra həyata keçirilir. Vaşinqtondan gələn əmrlərə itaətsizlik Ukraynada prezident və hökumət dəyişikliyinə gətirib çıxara bilər".

N. Patruşev Minsk razılaşmasının Kiyev tərəfindən yerinə yetirilib-yetirilməməsinin yalnız Dövlət Departamentindən asılı olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR