Acarıstan Ali Sovetinin sədri və Azərbaycanın Batumidəki yeni Baş konsulu arasında görüş keçirilib

Acarıstan Ali Sovetinin sədri və Azərbaycanın Batumidəki yeni Baş konsulu arasında görüş keçirilib
# 09 oktyabr 2015 17:32 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Batumidəki Azərbaycan Baş konsulluğundan məlumat verilib. Görüş zamanı qanunverici orqanın spikeri, ilk növbədə Baş Konsulu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Rəsmi görüşdə tərəflər iki ölkə arasında münasibətləri və onların gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə bildirilib ki, mədəniyyət, turizm, kənd-təsərrüfatı, ticarət, biznes və sərmayələr hər iki ölkə üçün müstəsna əhəmiyyət daşıyan inkişaf istiqamətlərinin yalnız bir hissəsidir və bununla bağlı artıq əsası qoyulmuş əlaqələr günbəgün inkişaf edir.

Avtandil Beridze yeni təyin olunmuş Baş Konsul ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılacağını vurğulayıb və hörmət əlaməti olaraq xatirə hədiyyələri təqdim edib.

Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov səmimi qəbula və qonaqpərvərliyə görə Ali Sovetin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, o, öz səlahiyyətlərini yerinə yetirərkən əsrlər boyu Azərbaycan və gürcü xalqlarını, iki qonşu və dost ölkəni, onların ayrı-ayrı regionlarını birləşdirən dəyərlər və prinsiplərə riayət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR