Siyəzənin icra başçısının müavini: “Bir qrup sakin süni qiymət artımına etiraz edib”

Siyəzənin icra başçısının müavini: “Bir qrup sakin süni qiymət artımına etiraz edib”
# 12 yanvar 2016 14:59 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün Siyəzən rayonunda bir qrup sakinin İcra Hakimiyyətinin qarşısına toplaşmasına qurumdan münasibət bildirilib.

Siyəzən rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zəfər Əliyev APA-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin qarşısına gələn vətəndaşlar əsasən unun və digər ərzaq məhsullarının süni qiymət artımına etiraz ediblər: "Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işlə təmin olunmasını istəyiblər".

Z. Əliyevin bildirdiyinə görə, Siyəzən RİH-nin başçısı Asif Hüseynov vətəndaşları qəbul edib: "Görüşdə rayon sakinləri 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşün keçirilməsini istəyiblər. Sabah saat 09:00-da rayonun Mədəniyyət sarayında görüş keçirilməsi planlaşdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR