"Bank Standard" manatla ölkədaxili pul köçürmələrini asanlaşdırıb

"Bank Standard" manatla ölkədaxili pul köçürmələrini asanlaşdırıb
# 20 aprel 2016 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank Standard” manatla ölkədaxili pul köçürmələri daha da asanlaşdırıb.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq “Bank Standard”ın müştəriləri “Contact” sistemi vasitəsilə ölkədaxili pul köçürmələrini milli valyutada həyata keçirə bilərlər.

Müştərilər bankın istənilən filialında hesab açmadan köçürmə edə bilər.

Manatla "Contact" sistemi ilə pul köçürmələri üzrə tariflər:

Məbləğ

Komissiya

0 – 300

2

301 – 500

3

501 – 1 000

5

1 001 – 2 000

10

2 001 – 3 000

15

3 001 – 4 000

20

4 001 – 6 000

25

6 001 – 11 000

30

11 000-dən yuxarı

0.3%

Xatırladaq ki, CONTACT sistemi vasitəsilə həmçinin ABŞ dolları, rubl və avro valyutalarında pul köçürmələrini həyata keçirmək mümkündür.

“Bank Standard” praktiki olaraq dünyanın istənilən nöqtəsindən müxtəlif valyutalarda çoxsaylı pulköçürmə sistemləri xidmətlərini təklif edir. Daha ətraflı məlumatı bu keçiddən əldə bilərsiniz: https://bankstandard.com/az/services/money_transfer/.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR