SOCAR: "Petkim"ə investisiya yatırmaqda davam edəcəyik

SOCAR: "Petkim"ə investisiya yatırmaqda davam edəcəyik
# 01 iyun 2016 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Apardığımız işlər nəticəsində "Petkim Petrokimya Holding A. Ş."-nin aktivlərinin böyüməsinə səbəb olub ki, bu da öz nəticəsində holdinqin səhmlərinə dəyər qazandırıb".

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy" şirkətinin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib.

"Biz "Pektim"i aldıqdan sonra holdinqin səhmləri bahalaşmaqdadır. Bizim proqnozumuza görə, şirkətin aktivləri artacaq, səhmləri isə daha da bahalaşacaq. Bu ilin birinci bürünün yekunlarından da razıyıq. Bildiyiniz kimi, ilk rübü gəlirlə başa vurmuşuq. "Petkim" bizim əsas aktivlərimizdən biridir və biz bura investisiya qoyuluşunu davam etdirəcəyik", - deyə şirkət rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR