Ucarda fərdi yaşayış evi yanıb

Ucarda fərdi yaşayış evi yanıb
# 10 dekabr 2015 10:35 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında rayonun Ciyni kəndində qeydə alınıb. Kənd sakini Şirinov Vüsal Qardaşxan oğluna məxsus birotaqlı evdə yanğın baş verib. Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 20 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanaraq kül olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı evdə heç kim olmadığından ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR